Texnoloji trendlərinə uyğun olaraq, keyfiyyətli nəticə üçün aşağıdakı avadanlıqlardan istifadə edirik:
Kameralar: Toy çəkilişləri üçün az işıqlı mühitlərdə (şadlıq saraylarında) yüksək performans göstərən "Full-frame" sensorlu kameralar (məsələn, Sony FX3, Sony Alpha A7 IV və Sony Alpha A7 V) istifadə olunur.
Optika (Linzalar): "Boke" effekti (arxa fonun bulanıq olması) üçün f/1.8 - f/2.8 diafraqmalı linzalardan istifadə edirik.
Stabilizasiya: Görüntünün titrəməməsi üçün DJI Ronin seriyası kimi elektron stabilizatorlardan istifadə edirik.
Səs Avadanlığı: Kameranın daxili mikrofonu kifayət etmir. Musiqi və çıxışların təmiz yazılması üçün birbaşa musiqiçilərin pultuna qoşulan və səs yazan Zoom F3 istifadə olunur.